🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranlı ağırçəkili güləşçi Azərbaycan millisində çıxış edəcək – müqavilə gözlənilir

Azərbaycan.media xəbər verir ki, ağır çəki üzrə tanınmış iranlı güləşçi Əmir Rza Məsumi yaxın günlərdə Azərbaycan Güləş Federasiyası ilə müqavilə imzalayaraq milli komandanın heyətində yarışlara qatılacaq.

Azərbaycan.media-nın İran mediasına istinadən yaydığı məlumata görə, proses İran Güləş Federasiyasının razılıq məktubu verməməsi səbəbindən uzanır. Bildirilir ki, bu səbəbdən Məsumi yalnız 2027-ci ildən etibarən rəsmi olaraq Azərbaycan yığması üçün mübarizə apara biləcək. Bununla belə, həm güləşçinin, həm də Azərbaycan Güləş Federasiyasının əsas məqsədinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak olduğu vurğulanır.

Məlumatda qeyd olunur ki, bu xəbər İran mediası və idman ictimaiyyətində ciddi narazılıqla qarşılanıb. Hətta bəzi şəxslər Əmir Rza Məsumini satqınlıqda ittiham ediblər.

Bəzi media orqanlarının yazdığına görə, Azərbaycan Güləş Federasiyası iranlı güləşçiyə aylıq 22 min dollar məbləğində əməkhaqqı ödəyəcək.

Qeyd edək ki, bundan əvvəl də Yunan-Roma güləşi üzrə İran milli komandasının sabiq baş məşqçisi Məhəmməd Bənna Azərbaycan Güləş Federasiyası ilə aparılan danışıqlardan sonra milli komandaya rəhbərlik etmək barədə razılığa gəlib.