🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vanqanın 2026-cı il proqnozu: Qlobal müharibə və təbii fəlakətlər təhlükəsi

Azərbaycan.media xəbər verir ki, kor bolqar görücü Vanqanın 2026-cı illə bağlı irəli sürdüyü iddialar yenidən müzakirə mövzusuna çevrilib.

Vanqanın proqnozlarında qlobal silahlı münaqişənin baş verəcəyi, Qərbin mövqelərinin zəifləyəcəyi və Rusiya lideri Vladimir Putinin dünya siyasətində aparıcı fiqur kimi ön plana çıxacağı iddia olunur.

Qeyd edilir ki, görücünün bəhs etdiyi mümkün qlobal müharibə Rusiyanın Ukraynadakı müharibəsi fonunda mövcud olan beynəlxalq gərginliklərdən qaynaqlana bilər.

Bununla yanaşı, Vanqanın davamçıları onun 2026-cı ilə dair görüntülərində zəlzələlər, daşqınlar və digər təbii fəlakətlərin daha da intensivləşərək bir çox bölgələrdə dağıdıcı nəticələrə səbəb olacağını proqnozlaşdırdığını bildirirlər.