Azərbaycan.media xəbər verir ki, müğənni Aysun İsmayılova bacısı Yağmurla aralarında yaşanan küsülülüyün səbəblərini açıqlayıb.
Aysun İsmayılova bu barədə aparıcı Tarix Əliyevin “Səmimi” verilişində danışıb. O bildirib ki, bacısı ilə xarakter fərqlilikləri səbəbindən anlaşılmazlıqlar yaranıb.
“Biz Yağmurla tam fərqli xarakterə sahib insanlarıq. Mən daha məsuliyyətli və diqqətliyəm, o isə bir qədər fərqlidir. Ona iki gün zəng edirəm, cavab vermir. Hətta mesaj da göndərdim ki, mənə zəng etsin, yenə də əlaqə saxlamadı. Bir az əsəbiləşib üstünə qışqırmışam, o da buna görə məndən küsüb və məni bloklayıb. Amma anamla hər gün danışır”, – deyə müğənni bildirib.
