Azərbaycan.media xəbər verir ki, Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs öd kisəsindən əməliyyat olunduqdan sonra xəstəxanadan buraxıldıqdan sonra jurnalistlərə verdiyi açıqlamada mirası ilə bağlı qərarını bölüşüb.
Sənətçi bildirib ki, bütün var-dövlətini dövlətə vəsiyyət edib:
“Kiməsə bir qəpik də qalmayacaq. Dövlətə vəsiyyət etmişəm. Bəziləri səbəbindən digərləri zərər görüb. Pulu atam qoyub getməyib, mən özüm qazanmışam. Kimə nə verəcəyimə də özüm qərar verirəm. Onsuz da onlara çox yaxşı miras qoymuşam, amma bunun fərqində deyillər”, – deyə Tatlısəs qeyd edib.
Qeyd edək ki, əməliyyatdan sonra bir müddət reanimasiyada müalicə alan sənətçi sonradan səhhəti yaxşılaşdığı üçün evə buraxılıb.
