Azərbaycan.media xəbər verir ki, Göygöl rayonunun Firuzabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş qanunsuz tikili sökülüb.
Məlumata görə, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikililərin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın üzvləri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Bildirilib ki, aparılan yoxlamalar nəticəsində qanunvericiliyin tələblərinə zidd olaraq inşa edilən tikili sökülüb.
Qeyd olunub ki, bu istiqamətdə monitorinqlərin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.
