Azərbaycan.media xəbər verir ki, aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan–Latviya biznes forumu təşkil olunub.
Azərbaycan.media xəbər verir ki, forum çərçivəsində dövlət başçıları tədbirdə çıxış edərək iki ölkə arasında iqtisadi əməkdaşlıq, investisiya imkanları və biznes əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüblər.
Tədbirin məqsədinin Azərbaycan və Latviya arasında ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi olduğu bildirilib.
