🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aprelin 23-də bir sıra bölgələrdə güclü külək gözlənilir – sarı xəbərdarlıq verildi

Azərbaycan.media xəbər verir ki, aprelin 23-də ölkənin bir sıra bölgələrində küləkli hava şəraiti müşahidə olunacaq və bununla bağlı sarı xəbərdarlıq elan edilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Mingəçevir, Göyçay, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında qərb küləyinin əsəcəyi gözlənilir.
Bildirilib ki, küləyin sürəti 13.9–20.7 m/san arasında dəyişəcək.
Qurum əhalini güclü külək zamanı ehtiyatlı olmağa, açıq ərazilərdə və təhlükəli konstruksiyaların yaxınlığında diqqətli davranmağa çağırıb.