Azərbaycan.media xəbər verir ki, aprelin 24-25-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, bəzi ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Yüksək dağlıq zonalarda isə qar yağacağı gözlənilir.
Eyni zamanda, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgələrində yerləşən bəzi çaylardan qısamüddətli sel keçəcəyi ehtimal edilir.
Əhali və sürücülərə hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaları tövsiyə olunur.
