Azərbaycan.media xəbər verir ki, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.
Məlumata görə, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib. “Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə N.Bəşirova bildirib.
Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışırdı.
Xatırladaq ki, bu gün eyni zamanda Könül Ələkbərov (Klinik Tibbi Mərkəz) və Barat Yusubovun (Yeni Klinika) da vəzifələrindən azad edildiyi təsdiqlənib.
