🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədə məktəblilər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Azərbaycan.media xəbər verir ki, Türkiyənin Kütahya şəhərində 23 şagird zəhərlənmə şübhəsi ilə təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstəxanaya aparılıb.

Məlumata görə, hadisə ilə bağlı “Haber Global” məlumat yayıb. Bildirilib ki, bəzi şagirdlər şokolad qəbul etdikdən sonra ürəkbulanma və qusma əlamətləri göstəriblər.

Şübhəli məhsullardan nümunələr götürülərək laborator ekspertizaya göndərilib. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.