Azərbaycan.media xəbər verir ki, dekabrın 26-na keçən gecə və səhər saatlarında ölkənin bəzi ərazilərində yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu səbəbdən magistral avtomobil yollarında görünüş məsafəsinin 300–800 metrədək məhdudlaşacağı gözlənilir.
Bildirilib ki, gecə saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var. Sürücülərə hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaları tövsiyə edilir.
