🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Nottinqem Forest”in əfsanəvi futbolçusu Con Robertson vəfat edib

Azərbaycan.media xəbər verir ki, İngiltərənin “Nottinqem Forest” klubunun heyətində iki dəfə Avropa Kubokunun (indiki UEFA Çempionlar Liqası) qalibi olmuş şotlandiyalı futbolçu Con Robertson 72 yaşında dünyasını dəyişib.

Məlumata görə, Con Robertsonun vəfatı barədə klubun mətbuat xidməti açıqlama yayıb. Onun ölümünün səbəbi ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, Robertson karyerası ərzində iki müxtəlif dövrdə “Nottinqem Forest”in formasını geyinib. O, klubla yanaşı, İngiltərə Premyer Liqasının və UEFA Super Kubokunun da qalibi olub və “Nottinqem Forest” tarixində ən yaddaqalan futbolçulardan biri kimi xatırlanır.