🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyə Super Liqası: “Qalatasaray”dan inamlı qələbə, “Alanyaspor” 3 xalı qazandı

Azərbaycan.media xəbər verir ki, Türkiyə Super Liqasında XVII turun oyunları davam edir.

Günün ilk qarşılaşmasında “Alanyaspor” doğma meydanda turnir cədvəlinin autsayderlərindən olan “Karagümrük”ü qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun diqqət çəkən oyunlarından birində “Qalatasaray” “Kasımpaşa” ilə üz-üzə gəlib. “Sarı-qırmızılılar” Yunus Akgün, Qabriel Sara və Mauro İkardinin vurduğu qollar sayəsində rəqibini 3:0 hesabı ilə məğlub edib.

Digər matçda isə “Samsunspor” səfərdə “Göztəpə” ilə qarşılaşıb və 0:2 hesablı məğlubiyyətlə xalsız qayıdıb.