nə oldu o yaza, bilmirsən ?
gülləri açmadı,
açmadı.
nə oldu o qıza, görəsən?
qanadı qırıldı, uçmadı.
nə oldu,
bilmirsən.. nə oldu
yollar da getmədi, yoruldu.
sərçələr yuvasız qaldılar,
durnalar gözündən vuruldu.
çox şeylər dəyişdi, çox şeylər..
günlər də bir başqa gəldilər.
küləklər,
dəlixay küləklər
hər yanı süpürüb sildilər..
hər yanda hamının izləri..
silinib yox oldu, yox oldu.
gör kimlər şəkilə döndülər,
şəkillər ruh oldu, ruh oldu..
nə oldu.. o yaza, bilmirsən?
nə oldu.. o sözə, bilmirsən?
bəs axı, o yazın içində
bir yaz da varıydı, bildinmi?
dərədən dərəyə çapan,
xoşbəxtlik quşunu tapan,
çəmənə, çiçəyə hopan
bir qız da varıydı, gördünmü?
gördünmü, ay dəli, ay dəli..
necə də yaxındı uzaqlar,
necə də uzaqdı yaxınlar.
bilmirsən, haraya aparır
səni bu bəlkələr,
məni bu ilğımlar..
bilmirsən, sən Allah, bilmirsən..
gün axşam oldumu, oldumu?
soldumu..? o güllər soldumu?
görəsən nə isə qaldımı
o gündən deyirəm,
o gündən
gəldimi.. ? gedənlər gəldimi,
güldümü ? o ağlar güldümü
o məndən deyirəm,
o məndən..
nə oldu, o yaza, bilmirsən,
nə oldu o qıza, bilmirsən..
nə oldu..
nə oldu.
Azərbaycan.media
