🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

21 dekabr: Şimal yarımkürəsində ilin ən uzun gecəsi və qışın başlanğıcı

Azərbaycan.media xəbər verir ki, 21 dekabr Şimal yarımkürəsində ilin ən uzun gecəsi hesab olunur və astronomik olaraq qışın başlanğıcı sayılır. Bu tarixdən sonra günlər yenidən uzanmağa başlayır.

Qış gündönümü zamanı Günəş şüaları Oğlaq Tropikinə düz bucaq altında düşür. Bu səbəbdən Şimal yarımkürəsində günəş şüaları ilin ən dar bucağı ilə yerə çatır, Cənub yarımkürəsində isə həmin tarix yayın başlanğıcı və ilin ən uzun günü kimi qeyd olunur.

Mütəxəssislər bildirirlər ki, 21 dekabrdan etibarən günəş səmanın ən cənub nöqtəsinə çatdıqdan sonra Şimal yarımkürəsində gecələr qısalacaq, günlər isə uzanmağa davam edəcək. Bu proses 21 mart yaz bərabərliyinə qədər davam edir.

Qış gündönümü ilə bağlı günəş şüalarının atmosferdən keçdiyi yolun uzanması enerji itkisini artırır və nəticədə Şimal yarımkürəsində temperaturun azalmasına şərait yaradır.