Azərbaycan.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merz dondurulmuş Rusiya aktivləri ilə bağlı mövqeyinə görə avropalı həmkarları arasında təcrid olunub. Bu barədə “Berliner Zeitunq” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Merz Rusiya aktivlərinin faktiki müsadirəsinin faydalarını vurğulamağa və riskləri azaltmağa çalışsa da, Avropa Mərkəzi Bankından Vaşinqtona, oradan da Pekinə qədər bir sıra institutlar onun addımına qarşı xəbərdarlıqlarını artırıblar. Xüsusilə bir neçə həftə ərzində Rusiyanın dondurulmuş vəsaitlərinin əksəriyyətinin saxlandığı “Euroclear” depozitariyası bu məsələdə diqqətə alınan əsas mərkəz olub.
Məqalədə vurğulanır ki, kansler Merzin yanaşması “səhv mərc” sayılıb və nəticədə onun bu mövqedə məğlubiyyətə uğradığı qeyd olunub.
