🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Orban: Macarıstan Ukraynanın parçalanmasında maraqlı deyil, sabitlik istəyir

Azərbaycan.media xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın parçalanmasının ölkəsi üçün ciddi problem yaradacağını bildirib və qonşu ölkədə sabitliyin qorunmasının vacib olduğunu vurğulayıb.

Modern.az-ın məlumatına görə, Orban bu fikirləri Seqeddə hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının fəallarının suallarını cavablandırarkən səsləndirib. Baş nazir qeyd edib ki, Ukraynanın parçalanmasının qarşısını almaq üçün çox iş görülməlidir: “Kəndli yaxşı başa düşür ki, onun torpağının dəyərinə qonşusunun sərvəti də təsir edir”, – deyə Orban əlavə edib.

O vurğulayıb ki, Macarıstan üçün sabit və bütöv Ukrayna strateji əhəmiyyət daşıyır.