🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Peskov: Zelenski prezident seçkiləri məsələsində ziddiyyətli mövqe tutur

Azərbaycan.media xəbər verir ki, Ukraynada prezident seçkilərinin keçirilməsi şərtləri ilə bağlı Prezident Vladimir Zelenskinin açıqlamaları ziddiyyət təşkil edir. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynada seçkilərin təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı təklifinə cavab verərkən ziddiyyətli mövqe nümayiş etdirir. Peskov qeyd edib ki, Zelenski Putinin seçkilərə mümkün müdaxiləsinə qarşı çıxsa da, bundan əvvəl ABŞ tərəfinə müraciət edib:

“Zelenski Putinin seçkilərin təhlükəsizliyinə zəmanət vermək təklifinə cavab olaraq bildirir ki, heç kimin, o cümlədən Putinin seçkilərə müdaxilə etməsinə imkan verməyəcək. Halbuki bundan əvvəl o, amerikalılara müraciət etmişdi. Bu isə o deməkdir ki, Zelenski amerikalıların müdaxiləsinə etiraz etmir, lakin Putinin buna cəhd etməsinə qarşı çıxır”, – deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü əlavə edib ki, bu müzakirələr Rusiya Prezidentinin son açıqlamalarına birbaşa reaksiyadır:

“Mövzu aktualdır və təbii ki, bu, Vladimir Putinin çıxışına cavabdır”.

Qeyd edək ki, məsələ ilə bağlı açıqlamalar Axar.az-ın TASS-a istinadən yaydığı xəbərdə yer alıb.