Azərbaycan.media xəbər verir ki, “Sınıq işıqlar küçələri” teleserialındakı rolu ilə tanınan sovet və Rusiya teatr və kino aktyoru Nikolay Denisov dekabrın 19-da 80 yaşında vəfat edib.
“Kino-teatr.ru” portalının yaydığı məlumata görə, aktyor uzun illər kino və teatr səhnəsində fəaliyyət göstərib və yadda qalan obrazlar yaradıb.
Qeyd edək ki, Nikolay Denisov aktyorluqla yanaşı, şair kimi də tanınıb. O, Valeri Leontyevin “Mən canlıyam”, “Kabare”, “Çeri” və digər məşhur mahnılarının sözlərinin müəllifidir.
Bundan əlavə, Nikolay Denisovun sözlərini yazdığı mahnıları Lyudmila Qurçenko, Nikolay Karaçentsov, Sofiya Rotaru, Edita Piexa, Nadejda Babkina, Larisa Dolina, Mixail Boyarski, Filipp Kirkorov, Pavel Smeyan, Lyudmila Sençina, Mixail Şufutinski, Dmitri Pevtsov, Nikolay Baskov, Maksim Averin və digər tanınmış sənətçilər ifa ediblər.
