🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukraynada bütün cəbhəboyu müdafiə qurğuları inşa olunur

Azərbaycan.media xəbər verir ki, Ukraynanın Dövlət Xüsusi Nəqliyyat Xidməti (GSSN) ölkə üzrə bütün cəbhə xətti boyunca müdafiə qurğularının tikintisini həyata keçirir.

Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal məlumat verib. Nazir bildirib ki, tikinti işləri Zaporoje, Sum, Xarkov, Çerniqov və Kiyev vilayətlərində, eləcə də Donetsk vilayətinin Kiyevin nəzarətində olan ərazilərində aparılır.

Onun sözlərinə görə, görülən işlər müdafiə qabiliyyətinin gücləndirilməsinə və təhlükəsizlik tədbirlərinin artırılmasına xidmət edir.