🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Keçmiş prokuror Rövşən Həsənov vəfat edib

Azərbaycan.media xəbər verir ki, uzun illər prokurorluq orqanlarında çalışan ədliyyə müşaviri Rövşən Məlik oğlu Həsənov ötən gün dünyasını dəyişib.

Mərhum 1992-ci ildən etibarən hərbi prokurorluq orqanlarında fəaliyyət göstərib və bu sahədə uzunmüddətli xidməti ilə tanınıb.

Onun vəfatı hüquq ictimaiyyəti tərəfindən dərin təəssüflə qarşılanıb. Faktla bağlı əlavə məlumat verilməyib.