Azərbaycan.media xəbər verir ki, Şəki rayonunun Bideyiz kəndi ərazisində canavarın hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə dekabrın 20-si saat 23:00 radələrində baş verib. İlkin məlumata görə, kənd ərazisində canavar müxtəlif yaş qruplarından olan 5 kənd sakinini yaralayıb.
Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib və onlara zəruri tibbi yardım göstərilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
