Azərbaycan.media xəbər verir ki, Xocavənd rayon Statistika İdarəsinin müdiri, Əmirallar kənd sakini Fərhad Tahir oğlu Tahirov bu gün baş verən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Bu barədə Xocavənd Rayon İcra Hakimiyyəti rəsmi açıqlama yayıb.
Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı əlavə məlumat verilməyib. Faktla bağlı araşdırma aparıldığı bildirilir.
