🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Oğuzda ağır yol qəzası: ölən şəxsin kimliyi açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Oğuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxsin kimliyi məlum olub.

Bu gün saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Mahama Dibirov idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə nəticəsində Balakən rayon sakinləri – 1960-cı il təvəllüdlü Natalya Tahirova, 1961-ci il təvəllüdlü Cəmilə Əhmədova, 2007-ci il təvəllüdlü Qurban Mirzəyev, 1972-ci il təvəllüdlü Azad Puçaxov, 1960-cı il təvəllüdlü Xədicəmaral Xəlilova və 1958-ci il təvəllüdlü Cənnətey Qumbarova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəzaya uğrayan mikroavtobus Bakıdan Balakən rayonuna gedirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.