🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədə silahlı hücumda yaralanan futbolçu vəfat edib

Azərbaycan.media xəbər verir ki, Türkiyənin Kocaeli şəhərində baş verən silahlı hücum nəticəsində ağır yaralanan “Sultanbəyli Belediyespor” klubunun futbolçusu Uğurcan Bekçi dünyasını dəyişib.

Türkiyə KİV-in məlumatına görə, hadisə dekabrın 17-də iki qrup arasında borc mübahisəsi zəminində baş verib. Silahlı insident zamanı U.Bekçi qasıq nahiyəsindən güllə yarası alaraq ağır qan itirmiş və xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Uğurcan Bekçi futbolçu karyerası ərzində “Kocaelispor”, “Kağıtspor”, “Körfez Spor Kulübü”, “Belediye Derincespor”, “24 Erzincanspor” və “Ankara Keçiörengücü” klublarında çıxış edib.