🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan bitki və heyvan mənşəli piy və yağların ixracını artırıb

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar–noyabr aylarında Azərbaycan 25 milyon 991,02 min ABŞ dolları dəyərində 16 min 123,66 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.

Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların ixrac dəyəri 2 faiz, həcmi isə 1,1 faiz artıb.

Məlumata görə, bitki və heyvan mənşəli piy və yağların Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında payı 0,96 faiz təşkil edir.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycan ümumilikdə 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azdır.

Bu ilin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 44 milyard 589 milyon ABŞ dollarına bərabər olub. Bunun 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir il ərzində ixrac 3,85 faiz azalıb, idxal isə 12,9 faiz artıb.