Azərbaycan.media xəbər verir ki, Türkiyədə gənc qız sevgilisinin meyitini tapıb.
Hadisə Kocaeli vilayətinin Gölcük qəsəbəsində baş verib.
Səhər yeməyi üçün restorana getməyi planlaşdıran cütlükdən gənc qız sevgilisi ilə əlaqə saxlaya bilmədikdən sonra vəziyyətdən şübhələnib. O, mobil telefondakı ünvan müəyyənləşdirmə proqramından istifadə edib. Proqram 31 yaşlı Batuhan Aşoğlunun Koroğlu küçəsi yaxınlığında yerləşən meşəlik ərazidə olduğunu göstərib.
Həmin əraziyə gedən qız sevgilisini başından güllə yarası almış vəziyyətdə ölü tapıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin araşdırmalar nəticəsində Batuhan Aşoğlunun tapança ilə başından vurularaq qətlə yetirildiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır.
