🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Krımda Belbek Aerodromuna Hücum: İki Rusiya Su-27 Təyyarəsi Vurulub

Azərbaycan.media xəbər verir ki, Krımda Belbek aerodromunda Rusiyanın iki Su-27 təyyarəsi vurulub.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarələrdən biri tam yüklənmiş və döyüş tapşırığına hazır vəziyyətdə olub. Hər iki təyyarənin təxmini dəyəri 70 milyon dollardır. Eyni zamanda, dispetçer qülləsinə dəyən ziyan da təsdiqlənib ki, bu da aerodromda uçuşların təşkilini və idarə olunmasını çətinləşdirə bilər.

Ukrayna Təhlükəsizlik Xidməti qeyd edib ki, bu, son günlərdə Belbek aerodromuna edilən ikinci uğurlu hücumdur. Dekabrın 18-də Xidmətin dronları aerodromda yüz milyonlarla dollar dəyərində Rusiya avadanlığını məhv edib. Məhv edilənlər arasında iki Nebo-SVU radarı, S-400 Triumph hava hücumundan müdafiə sisteminin 92N6 radarı, Pantsir-S2 hava hücumundan müdafiə sistemi və tam təchizatlı MiQ-31 təyyarəsi olub.