Azərbaycan.media xəbər verir ki, meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağada torpağa tapşırılıb.
Əvvəlcə mərhumun Maştağada yerləşən vida mərasimi keçirilib. Tədbirdə meyxanaçının sənət dostları və yaxınları iştirak ediblər.
Mərhumun nəşi Maştağada yerləşən kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Kərim Novruzov uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi və ötən gün vəfat edib.
