🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ceyhun Bayramov Monteneqro Xarici İşlər Naziri ilə Enerji və Logistika Əməkdaşlığını Müzakirə Edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın enerji sahəsində, eləcə də bir çox Avropa ölkələri, o cümlədən Balkanlarla əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi üzrə Məşvərət görüşlərində Monteneqrodan olan həmkarlar iştirak edib və Ervin İbrahimoviç keçmiş vəzifəsində həmin görüşlərdə özü də iştirak edib. Bundan əlavə, bu gün nəqliyyat və logistika sahəsindəki böyük potensial, Azərbaycanın yeni layihələri, Ələt Azad İqtisadi Zonası, Bakı Ticarət Portu və digər sahələr barədə fikir mübadiləsi aparılıb. C.Bayramov humanitar sahədə də ölkələr arasında əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.