Azərbaycan.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 1992–2002-ci illər arasında Avropanın bir neçə ölkəsi ilə imzaladığı 10 hərbi əməkdaşlıq müqaviləsini və müvafiq memorandumu ləğv etmək üçün hökumətdən təsdiq alıb.
Bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalında məlumat dərc edilib.
Ləğv edilən müqavilələr arasında Almaniya, Polşa, Rumıniya, Danimarka, Norveç, Niderland, Xorvatiya, Belçika və Çexiya ilə bağlanmış hərbi əməkdaşlıq müqavilələri, eləcə də Rusiya Federasiyası ilə Britaniya müdafiə nazirlikləri arasında imzalanmış memorandum yer alır.
Qeyd olunur ki, Rusiya bundan əvvəl Almaniya ilə hərbi-texniki əməkdaşlığı dayandırmışdı.
