🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dəmir Qida Əlavələrini Qəhvə, Çay, Şərab və Süd Məhsulları ilə Qəbul Etmək Məsləhət Olunmur

Azərbaycan.media xəbər verir ki, tanınmış rusiyalı endokrinoloq Yelena Şafranskaya dəmir tərkibli qida əlavələrinin qəhvə, çay, qırmızı şərab və süd məhsulları ilə qəbul edilməməsi barədə xəbərdarlıq edib.

 Şafranskaya müsahibəsində bildirib ki, qış aylarında yuxuya meyllilik, zəiflik və solğunluq simptomları təkcə havadan yox, həm də dəmir çatışmazlığı anemiyasından qaynaqlana bilər.

Endokrinoloq vurğulayıb ki, dəmir çatışmazlığı hemoqlobin istehsalını zəiflədərək qırmızı qan hüceyrələrinin oksigen daşıma funksiyasını pozur, nəticədə hipoksiya yaranır və orqan və toxumaların fəaliyyəti zədələnir.

O bildirib ki, həkimlər dəmir çatışmazlığı anemiyasını aradan qaldırmaq üçün dərman preparatları təyin etsələr də, müalicənin effektivliyi qidalanma vərdişlərindən də asılıdır:

“Qəhvə, çay və qırmızı şərab dəmirin mənimsənilməsinə mane olur. Bu içkilər polifenollarla zəngindir, onların bir qrupu olan taninlər dəmirin sorulmasını azaldır. Qırmızı şərab və tünd çay xüsusilə yüksək konsentrasiyalı taninlərə malikdir”, – deyə Şafranskaya bildirib.

Bundan əlavə, həkim dəmir preparatlarını süd məhsulları ilə birlikdə qəbul etməyi məsləhət görməyib, çünki kalsium dəmirin bədənə hopmasının qarşısını alır.