🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ Suriyada İŞİD-ə Qarşı “Hawkeye Strike” Əməliyyatını Keçirib

Azərbaycan.media xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada İŞİD-in mövqelərinə qarşı genişmiqyaslı hərbi əməliyyat həyata keçirib.

ABŞ müdafiə naziri Pit Heqset əməliyyatın “Hawkeye Strike” (“Şahin zərbəsi”) adlandırıldığını açıqlayıb. Onun sözlərinə görə, bu əməliyyat müharibənin başlanğıcı deyil və qisas xarakteri daşıyır.

ABŞ Mərkəzi Komandanlığının məlumatına əsasən, ötən həftə Palmira yaxınlığında iki amerikalı hərbçinin və bir mülki tərcüməçinin öldürülməsinə cavab olaraq Suriyada İŞİD-ə məxsus 70 hədəfə 100-dən çox yüksək dəqiqlikli zərbə endirilib.

Qeyd olunur ki, dekabrın 13-də Suriyanın mərkəzində yerləşən Palmira şəhərində ABŞ və Suriya hərbçiləri hücuma məruz qalıb. Daha sonra Pentaqonun mətbuat katibi Şon Parnell hücum nəticəsində iki amerikalı hərbçinin və bir mülki tərcüməçinin həlak olduğunu açıqlamışdı.