Azərbaycan.media xəbər verir ki, bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi azalacaq.
Milli Hidrometeorologiya Xidməti gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanın magistral avtomobil yollarında görünüş məsafəsini 500–1000 metrədək məhdudlaşdıra biləcəyini bildirib.
