Azərbaycan.media xəbər verir ki, doğum gününü qeyd edən televiziya aparıcısı Zaur Kamal başqa proqramlarda niyə görünmədiyinə aydınlıq gətirib.
Aparıcı bu mövzuya öz verilişi olan “Həmin Zaur”da toxunub.
O, oğlu Bartunun hazırladığı “Atasısifət” bölməsində ünvanlanan suallara cavab verərkən bildirib ki, qonaq qismində efirə çıxmaq ona uyğun deyil.
Zaur Kamal qeyd edib ki, illərdir sual verən tərəf olduğu üçün başqa verilişlərdə özünü rahat hiss etmir:
“Dəvət alıram, amma gedəndə sanki yerimi tapa bilmirəm. Öz mühitimdən kənarda oluram. Elə buna görə də efirlərə qatılmıram. Ümid edirəm, həmkarlarım bunu yanlış anlamaz”, – deyə aparıcı vurğulayıb.
