Azərbaycan.media xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində bir azərbaycanlı həlak olub, ikisi isə itkin düşüb.
Bu barədə hərbi bloger Tofiq Şahmuradov Feysbuk hesabında xəbər yayıb.
O bildirib ki, Cəlilabad rayon sakini Elnur Aydın oğlu Mirismayılzadə Rusiya-Ukrayna münaqişəsində həlak olub. O, Rusiya Müdafiə Nazirliyinin “Əhməd Sever” hərbi birləşməsində döyüşüb.
Eyni zamanda, Lənkəran rayonu Xanbulan kənd sakini Anar Nurməmməd oğlu Cabbarov və Sumqayıt şəhər sakini Bəhlul Zülfüqar oğlu Abbasov itkin düşüblər. Onlar Rusiya tərəfdən döyüşlərdə iştirak ediblər.
A. Cabbarov 4 aydır itkin düşüb. Sonuncu dəfə 4 ay əvvəl ailəsi ilə danışıb, ondan sonra əlaqə kəsilib.
B. Abbasov isə sonuncu dəfə Çasov Yar yaşayış məntəqəsi istiqamətində gedən döyüşlər zamanı müşahidə olunub.
