🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp Mar-a-Laqo Axtarışı ilə Bağlı Özünə 1 Milyard Dollar Təzminat Ödəyə Biləcəyini İstisna Etməyib

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) onun Florida ştatındakı Mar-a-Laqo iqamətgahında apardığı axtarışa görə ABŞ hökuməti adından özünə 1 milyard dollar məbləğində təzminat ödəyə biləcəyini istisna etməyib.

 Tramp bu barədə Şimali Karolina ştatının Roki-Maunt şəhərində çıxışı zamanı danışıb.

O bildirib ki, yaranmış vəziyyət ABŞ tarixində misli görünməmiş haldır:

“Bilirsiniz, mən iddia qaldırmışam və işi uduram. Amma bir problem var, bu iddianı məhz mən özüm həll etməliyəm. Yəni iddianı mən qaldırıram və onu yenə də mən həll edirəm. Bəlkə də özümə 1 milyard dollar verim və hamısını xeyriyyə fondlarına ayırım. Məntiqlidir, elə deyilmi?”

Tramp əlavə edib ki, ABŞ-a qarşı iddia qaldıran şəxs sonradan prezident olub və indi həmin iddianın taleyini yenə özü müəyyənləşdirməlidir:

“Bu, qəribə vəziyyət deyilmi? Mən özümlə danışıqlar aparmalıyam”, – deyə ABŞ Prezidenti vurğulayıb.