Azərbaycan.media xəbər verir ki, Roma şəhər hakimiyyəti 2026-cı il fevralın 1-dən paytaxtın məşhur Trevi fəvvarəsinə giriş üçün 2 avro ödəniş tətbiq edəcək.
Bu qərar yalnız turistlərə və şəhər sakinləri olmayan şəxslərə şamil olunacaq.
Yeni qaydanın ziyarətçi axınının tənzimlənməsi, tarixi abidənin qorunması və istifadənin keyfiyyətinin artırılması məqsədini daşıdığı bildirilib.
Qeyd olunur ki, Trevi fəvvarəsinin tikintisinə 1732-ci ildə başlanılıb. Fəvvarə dünya miqyasında məşhurluğunu, xüsusən 1960-cı ildə rejissor Federiko Fellininin çəkdiyi “Şirin həyat” (“La Dolce Vita”) filmi sayəsində qazanıb. Filmdə fəvvarədə çəkilmiş səhnə dünya kinosunun ən yadda qalan epizodlarından biri hesab olunur.
