🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şanxay Universiteti Generativ Süni İntellekt üçün Tam Optik “LightGen” Çipini Təqdim Edib

Azərbaycan.media xəbər verir ki, Şanxay “Jiao Tong” Universitetinin tədqiqatçıları genişmiqyaslı generativ süni intellekt modelləri ilə işləməyə imkan verən “LightGen” adlı optik çip hazırlayıblar.

Alimlər hesab edirlər ki, bu ixtira genişmiqyaslı hesablama tapşırıqlarının həlli üçün yeni perspektivlər açır.

Aparıcı tədqiqatçı Çen İtun bildirib: “LightGen generativ süni intellektin daha yüksək sürət və səmərəliliklə inkişafı üçün yeni yol açır, yüksək sürətli və enerji baxımından səmərəli generativ intellektual hesablama sahəsində tədqiqatlar üçün yeni istiqamət göstərir”.

Tərtibatçılar bildirirlər ki, “LightGen” irimiqyaslı semantik və vizual generativ süni intellekt modellərini dəstəkləyən ilk tam optik çipdir. Burada tranzistorlardakı elektronlar əvəzinə işıqdan istifadə olunur ki, bu da məlumatların işlənməsini sürətləndirməyə və enerji sərfiyyatını azaltmağa imkan verir.

Eksperimentlər göstərib ki, çip yüksək keyfiyyətli təsvirlər, 3D modellər və yüksək dəqiqlikli videolar yaratmaq qabiliyyətinə malikdir.