Azərbaycan.media xəbər verir ki, xalq artisti və tanınmış aktyor Ənvər Həsənovun qəbirüstü abidəsi bu yaxınlarda Buzovna qəbiristanlığında onun məzarı üzərində ucaldılıb.
Qeyd olunur ki, bir müddət əvvəl mərhum aktyorun qəbirüstü abidəsinin aidiyyəti qurumlar tərəfindən hazırlanıb ucaldılmaması barədə Ənvər Həsənovun ailə üzvlərinin narazılıqları olmuşdu. İndi ucaldılan abidə isə aktyorun ailəsinin maliyyəsi hesabına hazırlanıb.
Xatırladaq ki, Ənvər Həsənov bu ilin martın 16-da işemik insult səbəbi ilə vəfat etmişdi.
