Azərbaycan.media xəbər verir ki, mərhum şair Nüsrət Kəsəmənlinin Ağstafada anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilib.
Anım mərasimində şairin ailə üzvləri, yaxın dostları və tanınmış incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə şairin həyat və yaradıcılığından bəhs olunub, onun poeziyasının Azərbaycan ədəbiyyatındakı yeri xüsusi vurğulanıb.
Mərasim zamanı Nüsrət Kəsəmənlinin xanımı Rahilə Kəsəmənlinin çıxışı tədbir iştirakçılarını duyğulandırıb. O, çıxışında deyib:
“Küsəyənəm, amma Nüsrətdən heç küsmədim, küsməyi bacarmadım. Təki salamat olaydı, sağ olaydı, gözüm yenə pəncərədə, qapıda qalaydı, boynu bükük bənövşə kimi duraydım, amma Nüsrət gec də olsa, gələydi”.
Tədbir şairin xatirəsinin ehtiramla yad edilməsi ilə davam edib.
Mənbə: Azərbaycan.media
