🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bananın faydaları: Hipertoniya və ürək-damar sağlamlığı üçün təbii vasitə

Azərbaycan.media xəbər verir ki, banan çoxlarının sevdiyi meyvədir, əsasən tropik ölkələrdə bitir və kal vaxtı yığılır, daşınma zamanı isə yetişir. Bananın vətəni Hindistan hesab olunur və oradan dünyanın bütün tropik regionlarına yayılıb.

Bananın ən çox yayılmış növü sarı qabıqlı, ağ rəngli və yumşaq içliklidir. Lakin çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlı növləri də mövcuddur, lakin onlar zərif olduqları üçün daşınmağa davam gətirmir. Ümumilikdə bananın 300-ə yaxın növü var, istehlak baxımından isə şirin və nişastalı növlərə ayrılır. Şirin növ çiy halda yeyilir, nişastalı növ isə dadca kartofu xatırladır.

Alimlər bildirir ki, bananın tərkibindəki kalium ürək-damar sistemi üçün faydalıdır. Üç bananın tərkibində orqanizmin sutkalıq kalium norması mövcuddur ki, bu da hipertoniya və aritmiyadan əziyyət çəkənlər üçün faydalıdır. Eyni zamanda bananda olan liflər mədə-bağırsaq sisteminin normal fəaliyyəti üçün əhəmiyyətlidir.

Bananın kalori dəyəri yüksəkdir, buna görə də gün ərzində toxluq hissi yaradır. Hipertoniklər üçün isə gündə bir-iki ədəd banan təzyiqi təxminən 10 faiz azaldır və insult riskini azaldır. Diabet xəstələri, piylənmədən əziyyət çəkən və kökəlməyə meylli şəxslər isə bananı ehtiyatla istifadə etməlidirlər.