Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp yanvarın sonunda büdcə razılaşdırılmasa, hökumətin fəaliyyətinin yenidən dayandırıla biləcəyini (şatdaun) açıqlayıb.
Tramp tərəfdarları qarşısında çıxışı zamanı bildirib: “Yanvarın 30-da tətil, növbəti şatdaun ola bilər.”
Prezidentin sözlərinə görə, büdcə ilə bağlı danışıqlar tibbi xərclər məsələsində tıxanıb, müxalifət isə respublikaçıların siyasətini dəstəkləmir: “Çünki demokratlar tamamilə sığorta şirkətlərinin nəzarəti altındadırlar.”
Tramp əlavə edib: “Onlar sadəcə hökumətin fəaliyyətini dayandıracaqlar.”
