🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Almaniyada şirkətlər işçi sayını azaltmaqda davam edir, yeni işə qəbullarda ehtiyatlı davranırlar

Azərbaycan.media xəbər verir ki, Almaniya şirkətləri işçi heyətini azaltmaqda davam edir və yeni əməkdaşların işə qəbulu məsələsində ehtiyatlıdır. Bu barədə Teleqraf DW İqtisadi Tədqiqatlar İnstitutunun (ifo) son sorğusuna istinadən məlumat yayıb.

Mütəxəssislər bildirirlər ki, məşğulluq indeksi 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb. Həmin dövrdə COVID-19 pandemiyası ən kəskin mərhələdə idi. İxtisarlar demək olar ki, bütün sənaye sahələrini əhatə edir, xüsusilə geyim istehsalı sektorunda azalmalar daha qabarıqdır.

Xidmət sahəsi və pərakəndə ticarətdə də ehtiyatlı gözləntilər müşahidə olunur. Tikinti sektorunda kütləvi ixtisarlar gözlənilməsə də, yeni işçilərə tələbatın olmadığı qeyd edilir.

Bununla yanaşı, sorğu müsbət tendensiyaları da göstərib: turizm və konsaltinq sahəsində fəaliyyət göstərən işəgötürənlər yeni ildə işçi heyətini genişləndirməyi planlaşdırırlar.

Qeyd edək ki, əvvəlki məlumatlara görə, Almaniyada hər üçüncü şirkət 2026-cı ilə qədər iş yerlərini azaltmağı nəzərdə tutur.