🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Norveç Şahzadəsi Mette-Maritin səhhəti pisləşib, ağciyər transplantasiyası müzakirə olunur

Azərbaycan.media xəbər verir ki, Norveç Kral Sarayı Şahzadə Mette-Maritin səhhətində son dövrlərdə ciddi pisləşmə olduğunu açıqlayıb və onun üçün ağciyər transplantasiyasının nəzərdən keçirildiyi bildirilib.

 52 yaşlı Şahzadəyə 2018-ci ildə ağciyər fibrozu diaqnozu qoyulub. Lakin hələlik onun transplantasiya gözləmə siyahısına nə vaxt daxil ediləcəyi məlum deyil.

Payız aylarında aparılan tibbi testlər Şahzadənin sağlamlıq vəziyyətində ciddi pisləşmə olduğunu göstərib və uyğun ağciyər donorunun axtarışı davam edir. Oslo Universitet Xəstəxanasının Pulmonologiya şöbəsinin professoru Dr. Are Martin Holm bildirib: “Vaxt çatanda transplantasiyanın həyata keçirilməsi üçün bütün hazırlıqları davam etdiririk.”

Qeyd edək ki, ağciyər fibrozu ağciyərlərdə çapıq əmələ gəlməsinə və oksigen qəbulunun azalmasına səbəb olan xroniki xəstəlikdir.