🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sumqayıtda restoranlarda “dəvə qutabı” satışına reyd keçirilib

Azərbaycan.media xəbər verir ki, daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində bir sıra ictimai iaşə obyektlərində yoxlamalar aparıb.

Reyd zamanı “Nicat” restoranı və “Balıqçı” kafesində istehlakçılara təqdim olunan “dəvə qutabı”nın tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərin olmadığı aşkar edilib. Bununla “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunların tələblərinin pozulduğu müəyyən olunub. Faktla bağlı sahibkarlara qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün göstərişlər verilib.

Bildirilib ki, reyd zamanı “Rest Time”, “Diana”, “Santo Mare”, “Sun Set”, “Duyğu”, “Yaxta” və “Gəmi” restoranlarının menyularında “dəvə qutabı” göstərilsə də, sahibkarlar artıq uzun müddətdir bu xidməti dayandırdıqlarını bildirib.

AQTA xəbər verir ki, nəzarət tədbirləri davam etdirilir.