Azərbaycan.media xəbər verir ki, Yaponiya Baş naziri Sanae Takaıçi ABŞ Prezidenti Donald Trampın Çinə mümkün səfərindən əvvəl Vaşinqtona rəsmi səfər etməyi planlaşdırır.
Bu barədə “Sankei” qəzeti məlumat yayıb. Bildirilib ki, səfərin əsas məqsədi Yaponiya–ABŞ alyansının möhkəmliyini vurğulamaq, eləcə də Yaponiya–Çin münasibətlərində mövcud gərginlik fonunda Tokio ilə Vaşinqton arasında koordinasiyanı gücləndirməkdir.
Nəşrin yazdığına görə, səfər üçün mümkün tarixlər sırasında 2026-cı ilin əvvəli və ya Yaponiya parlamentində 2026 maliyyə ili üzrə büdcə layihəsi qəbul edildikdən sonra mart ayı nəzərdən keçirilir.
Məlumata əsasən, səfər çərçivəsində Sanae Takaıçi Donald Trampla Tokio–Pekin münasibətlərindəki gərginliyi, eləcə də Yaponiyanın milli təhlükəsizlik strategiyasının yenilənməsi ilə bağlı planları müzakirə etməyi planlaşdırır.
