Azərbaycan.media xəbər verir ki, mütəxəssislər əlində mobil telefonla gəzməyin həm fiziki, həm də psixoloji sağlamlıq üçün xoşagəlməz nəticələrə səbəb ola biləcəyini açıqlayıblar.
Psixoloq Elizabet Brodbent və professor Vayne Jianq bu vərdişin insan sağlamlığı üçün təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər.
Professor Jianq bildirib ki, telefonla gəzmək duruş problemlərinə, boyun və yuxarı bel əzələlərində gərginliyə, eləcə də yerişdə dəyişikliklərə səbəb olur. Onun sözlərinə görə, mobil telefona baxan insanlar ətraf mühiti kifayət qədər dərk etmir, bu isə qəza riskini artırır.
Psixoloq Elizabet Brodbent isə qeyd edib ki, təmiz havada gəzinti adətən insanların özlərini daha yaxşı hiss etməsinə kömək edir. Lakin açıq havada mobil telefondan istifadə edən şəxslərdə əksinə, əhval-ruhiyyənin pisləşdiyi müşahidə olunur.
