🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Koalisiya qüvvələri Suriyada İŞİD mövqelərinə raket və hava zərbələri endirdi

Azərbaycan.media xəbər verir ki, beynəlxalq koalisiya qüvvələri Suriyanın Haseke əyalətində yerləşən hərbi bazadan ölkə ərazisində fəaliyyət göstərən İŞİD terror qruplaşmasının mövqelərinə raket zərbələri endirib.

Bu barədə “Əl-Hadath” televiziya kanalı məlumat yayıb. Bildirilib ki, Deyr əz-Zor əyalətində yerləşən İŞİD sığınacaqları raket hücumlarına məruz qalıb. Qeyd olunur ki, koalisiya qüvvələri Haseke əyalətində yerləşən Əş-Şəddadi hərbi bazasından da fəal şəkildə istifadə edir.

Kanalın məlumatına görə, raket zərbələri ilə yanaşı, koalisiya təyyarələri terrorçuların mövqelərinə hava hücumları da həyata keçirir. İddia olunur ki, başlanan hərbi əməliyyatda azı altı koalisiya döyüş təyyarəsi iştirak edir.