Azərbaycan.media xəbər verir ki, Ukrayna üçün planlaşdırılan 90 milyard avroluq kreditin maliyyələşdirilməsi bu prosesdə iştirak edən ölkələrə ildə təxminən 3 milyard avroya başa gələcək.
Bu barədə DPA agentliyi Avropa diplomatlarına istinadən məlumat yayıb. Agentliyin hesablamalarına görə, uzunmüddətli perspektivdə bu kredit Almaniya üçün illik təxminən 700 milyon avro əlavə xərc demək ola bilər.
DPA xatırladır ki, milli töhfələrin həcmi hər bir ölkənin iqtisadi gücünə uyğun şəkildə müəyyənləşdirilir.
Eyni zamanda, Macarıstan, Slovakiya və Çexiyanın Kiyevə nəzərdə tutulan yardım paketinin maliyyələşdirilməsində iştirakdan azad olunmaları barədə razılıq əldə edilib.
